Brüsseldə mühüm görüş: ABŞ və Aİ Ermənistanı gücləndirir

Aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ dövlət katibi Entoni Blinken arasında görüş keçiriləcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

Onun sözlərinə görə, burada Ermənistanın inkişafına töhfə verəcək üçtərəfli əməkdaşlıq yollarının müzakirəsi planlaşdırılır. Tədbir həm də Ermənistanın müqavimətini gücləndirmək məqsədi daşıyır.

Safura Bənnayeva
Globalinfo.az