1741159564

Brüsseldə Avropa Parlamentinin binası qarşısında Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyenə qarşı etiraz aksiyası keçirilib.

Globalinfo.az xəbər verir ki, etirazçılar fon der Leyen Pfizer rəhbəri ilə klinik sınaqlardan keçməmiş dərmanların tədarükü üçün sövdələşdiyi zaman koronavirus vaksinlərinin satın alınmasında korrupsiyanın araşdırılmasını tələb etdilər.

Qeyd edək ki, müqavilənin dəyəri 35 milyard avro təşkil edib. Bundan əlavə, etiraz təşkilatçıları hesab edirlər ki, fon der Leyen Almaniya və Rumıniyadakı seçkilərə müdaxilə və qanunlarının pozulması da daxil olmaqla, digər maxinasiyalarda iştirak edə bilər .

Tahir Turan

Globalinfo.az

Paylaş: