Brüssel gerçəkləri üzə çıxacaq – İrəvan təhlükəli addım atsa…

RA Prime Minister Nikol Pashinyan gives a press conference at the RA Government building in Yerevan, Armenia

ABŞ Dövlət katibi Entoni Blinkendən bir gün sonra Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Bu gün – aprelin 5-də Brüsseldə Ermənistan, Aİ və ABŞ arasında baş tutan üçtərəfli görüşün kontekstində sözügedən telefon zəngləri diqqət çəkir.

Maraqlıdır, Qərb niyə narahatdır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Azərbaycan müharibədən sonra regionda yeni reallıqlar yaradıb:

“Bu gün hər kəs – istər ABŞ, istərsə Avropa bununla hesablaşmağa məcburdur. Rəsmi Bakının Brüssel görüşündən narazılığının səbəbləri bəllidir. Ermənistanın süni təxribatlar yaratmağa çalışdığı, kəndlərimizin taleyi ilə bağlı məsələlərin müzakirə edildiyi bir zamanda Qərb ölkələrinin İrəvana dəstək məqsədilə bir araya gəlməsi mövqeyimizə ziddir”.

Politoloq vurğulayıb ki, Qərb ölkələri Bakının yanaşmasını nəzərə almalıdırlar:

“Prezident İlham Əliyev telefon danışığı zamanı çox gözəl şəkildə bunu onlara başa saldı. Biz regionda yeni reallıqlar yaratmış, öz gücümüzlə torpaqlarımızı azad etmiş dövlətik. Heç kim bizimlə hədə ritorikası ilə danışa bilməz!”

Z.Əmrəliyev görüşdən sonra Ermənistanın davranışlarının hər şeyi aşkara çıxaracağını bildirib:

“Əgər qarşı tərəf Brüssel görüşündən istifadə edib təhlükəli addımlar atarsa, bunun məsuliyyətini Ermənistanla yanaşı Qərb də daşıyacaq. Çünki onlar hazırda nədənsə rəsmi İrəvanın güclənməsinə çalışırlar”.

Safura Bənnayeva
Globalinfo.az