70 il sonra Britaniyada bir ilk: 6 min hərbçi, 60 təyyarə…

Mayın 6-da Britaniya kralı III Çarlzın tacqoyma mərasimini 6 mindən çox hərbçi qoruyacaq.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, mərasimdə 6 min britaniyalı hərbçi ilə yanaşı 35 ölkədən 400 əsgər iştirak edəcək.

Məlumata görə, bu, İngiltərə ordusunun 70 il əvvəl baş tutan tacqoyma mərasimindən sonra həyata keçirəcəyi ən böyük hərbi mərasim olacaq.

Mayın 6-da keçiriləcək mərasimdə 60-dan çox təyyarə uçuş şousu edəcək.