Britaniyanın müdafiə naziri terror təhlükəsi səbəbindən Odessaya getmədi

Britaniyanın müdafiə naziri Qrant Şapps təhlükəsizlik səbəbi ilə Odessa səfərindən imtina edib.

Globalinfo.az xəbər verir ki, “The Sunday Times” qəzeti məlumat dərc edib.

Qəzetin yazdığına görə, buna səbəb real raket zərbəsi təhlükəsinin olmasıdır.

Belə ki, Qrant Şapps Ukraynaya martın 7-də baş tutan sonuncu səfəri zamanı məhz bu səbəbdən Odessaya getməyib.

“Ruslar Şappsın Odessaya getmək istəyindən xəbər tutdular. Bu səfər Ukrayna prezidenti Vladimir Zelenski və Yunanıstanın Baş naziri Kiryakos Mitsotakisin kortejinin yaxınlığında baş verən partlayışdan bir gün sonra gerçəkləşməli idi.  Ona görə də, London Ukraynanın şimal və şərq istiqamətlərində riskli əks-hücum əməliyyatından ehtiyat edib”, – qəzet yazıb.

Qeyd edək ki, Qrant Şapps Ukraynaya əlavə dəstək verməyə çalışacaqlarını vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az