Britaniyanın Baş nazirindən Pezeşkiana xəbərdarlıq: “Hər hansı bir addım…”

Böyük Britaniyanın Baş naziri Keir Starmer ilə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

Globalinfo.az xəbər verir ki, bu barədə mənbələr “Sky News“a bildirib.

Məlumata görə, danışıq beynəlxalq gərginliyin azaldılması səyləri çərçivəsində otuz dəqiqə davam edib.

Keir Pezeşkiana İranın hər hansı bir addımının regionu nəzarət olunmaz müharibəyə sürükləməsi riski ilə bağlı xəbərdarlıq edib.

Qeyd edilib ki, Britaniya Baş nazirinin İran Prezidenti ilə telefon danışığı aparması “çox nadir hadisədir”.