devid

Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi üzrə danışıqların yekunlaşmasından danışıb.

Globalinfo.az xəbər verir ki, o, parlamentdə çıxışı zamanı sözügedən addımı alqışladığını deyib.

“Ermənistan və Azərbaycan tarixi sülh sazişi üzrə danışıqları yekunlaşdırıb. Hər iki tərəfi mümkün qədər tez müqavilə imzalamağa çağırırıq”, – Lammi bildirib.

Xatırladaq ki, martın 13-də Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığı açıqlanıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: