Britaniyalı diplomat Rusiyaya casusluq edib – ETİRAF

Böyük Britaniyanın Berlindəki səfirliyinin keçmiş əməkdaşı Rusiyaya casusluq etdiyini etiraf edib.

Globalinfo.az xarici mətbuata istinadən xəbər verir ki, bu ittihamı diplomat Devid Smit məhkəmədə özü qəbul edib.

İstintaq sənədlərində qeyd olunur ki, bu şəxsin ən azı 2020-ci ilin noyabrından casusluq etdiyini, nağd ödənişlər müqabilində bəzi məlumatları Rusiya kəşfiyyatına ötürdüyünü iddia edib.