Britaniyadan vətəndaşlarına çağırış: “Terror ola bilər…”

Britaniya Xarici İşlər Nazirliyi İsveçə səfər edən vətəndaşlarına mümkün terror aktları barədə xəbərdarlıq edib.

Globalinfo.az xəbər verir ki, İsveçdə Qurani-Kərimə qarşı təxribat xarakterli hücumlardan səbəbilə bu addımın atıldığı bildirilib.
Nazirliyin açıqlamasında terrorçuların hücum üçün əcnəbilərin ziyarət etdikləri yerləri seçə biləcəkləri qeyd olunub.  İsveç səlahiyyətlilərinin bəzi planlı hücumların qarşısını müvəffəqiyyətlə aldığı bildirilib.
Qeyd edək ki, ABŞ da İsveçə səyahət edəcək vətəndaşlarına terror ehtimalı ilə bağlı xəbərdarlıq etmişdi.
Əliyar Xəlil
Globalinfo.az