Britaniyadan Ukraynanı məyus edəcək addım

346961162221654

Böyük Britaniya artıq Ukraynaya quru qoşunları göndərmək istəmir.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Times” mənbələrə istinadla yazıb.

Məlumata görə, London bu addımı potensial genişmiqyaslı müharibə riski səbəbindən olduqca təhlükəli hesab edir və göndərişdən imtina edib.

Qeyd edək ki, daha əvvəl Britaniya Ukraynaya dəstək məqsədilə müxtəlif ssenarilər üzərində işlədiyini açıqlamışdı, lakin son qərar hərbi iştirakın ciddi eskalasiyaya səbəb ola biləcəyi narahatlığından qaynaqlanır.

Aysel Əliyeva
Globalinfo.az