43 1609926756

Böyük Britaniyanın baş nazirinin müavini Angela Rayner cümə axşamı Ukraynaya 5000-dən çox “Thales” istehsalı olan zenit-raket kompleksinin tədarükünü nəzərdə tutan rəsmi sazişi imzalayacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Sazişin imzalanması İtaliyanın paytaxtı Romada keçirilən Ukraynanın Bərpası Konfransı çərçivəsində baş tutacaq. Bu mühüm hərbi dəstək paketi ilə bağlı ilkin açıqlamanı 2 mart tarixində Britaniyanın hazırkı baş naziri Keir Starmer vermişdi.

Təhlükəsizlik və müdafiə sahəsində strateji əhəmiyyətə malik olan bu zenit-raket kompleksləri Ukraynanın hava hücumundan müdafiə imkanlarını gücləndirməyi hədəfləyir. Britaniyanın “Thales” şirkəti tərəfindən istehsal edilən sistemlər pilotsuz uçuş aparatları və qanadlı raketlərə qarşı yüksək effektivliyə malikdir.

Tair Turan
Globalinfo.az

Paylaş: