FoX9kLIWAAA8JYZ

Böyük Britaniya Türkiyəyə 77 nəfərlik axtarış-xilasetmə mütəxəssisi, ən müasir avadanlıq və axtarış itləri göndərir.

Globalinfo.az xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Bu, zəlzələdən sağ qalanların tapılmasına kömək edəcək mühüm dəstəkdir. Türkiyənin tələb etdiyi yardımı tez bir zamanda çatdırırıq”, – deyə nazirliyin sosial şəbəkə səhifəsindəki paylaşımında yazılıb.

Paylaş: