Ukrayna və ABŞ Prezidentləri Volodimir Zelenski və Donald Trampın görüşünə Böyük Britaniya reaksiya verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti məlumat yayıb.
Bildirilir ki, görüş dünya mediasının diqqət mərkəzində olsa da, İngiltərəyə görə Kiyev üçün nəticələr qarışıq olub.
Qeyd olunur ki, Ukrayna hakimiyyəti görüşdən sonra “çox əsəbi” vəziyyətə düşüb. Yüksək rütbəli ukraynalı məmur bildirib ki, Trampın bəzi son açıqlamaları Ukrayna üçün ümidverici olsa da, ABŞ Prezidentinin Vladimir Putinlə telefon danışığı nümayəndə heyətinin əhval-ruhiyyəsini pozub.
Məmur əlavə edib ki, bu səbəbdən Kiyev danışıqların uğuruna inamını itirib və ABŞ–Rusiya dialoqunun nəticələrinin Ukrayna maraqlarına necə təsir edəcəyindən narahatdır.
Tahir Turan
Globalinfo.az