Britaniya səfiri Ağalıya getdi, şagirdlərlə görüşdü – VİDEO

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld işğaldan azad olunmuş Zəngilan rayonun Ağalı kəndindəki məktəbdə olub, şagirdlərlə görüşüb.

Globalinfo.az xəbər verir ki, bunu diplomat tviterdə yazıb.

“Səməninin yaşıl cücərtisi kimi bu kənd də dağıntılar dövründən sonrakı həyatın ilk nişanələridir. Ağalıda uşaqlar Britaniya və Azərbaycanın birgə səyləri nəticəsində yenidən təhlükəsiz şəraitdə təhsil ala bilirlər”, – səfir bildirib.


***12:20

Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Auld Novruzun sonuncu çərşənbəsi – ilaxır çərşənbə münasibətilə Azərbaycan xalqını təbrik edib.

Globalinfo.az xəbər verir ki, səfir bu barədə tviterdə paylaşım edib.

O, bu çərşənbənin torpağı simvolizə etdiyini xatırladıb.

Səfir həmçinin plastik paketlərin istifadəsi ilə bağlı qəbul edilən yeni qanundan söz açıb:

“Plastik paketlər torpağı zədələyir. Eyni zamanda Azərbaycanın gözəl təbiətini çirkənləndirir”.

Diplomat hər kəsi plastikdən istifadəni azaltmağa çağırıb:

“Torpağımızı, planetimizi qorumaq üçün plastikdən istifadəni azaltmalıyıq”.