372817be276e28039002a60f9f822380

Trampı “sülh üçün təhlükəli” adam adlandıran Böyük Britaniyanın yeni səfiri səhv etdiyini bildirib və sözlərini geri götürüb.

Globalinfo.az xəbər verir ki, Böyük Britaniyanın ABŞ-dakı səfiri lord Piter Mandelson Donald Trampa qarşı əvvəlki tənqidlərini düşünülməmiş və yanlış addım adlandırıb.

O, ABŞ-ın yeni prezidentinə hörmət etdiyini açıqlayıb və Trampın onun namizədliyini dəstəkləyəcəyinə əminliyini ifadə edib.

Artıq lord Mandelson etimadnaməsini  Trampa təqdim etməlidir.

Xatırladaq ki, 2019-cu ildə italyan jurnalistə verdiyi müsahibədə o, Trampı “dünya üçün təhlükəli adam” adlandırmışdı.

“Mən bu açıqlamaları 2019-cu ildə Britaniyada siyasət çox gərgin olduğu bir vaxtda vermişəm. O, vaxt bir çox məsələlərdə ölkədə yüksək emosiya hökm sürürdü. Hesab edirəm ki, Tramp haqqında düşünmədən danışmışam və yanlış etmişəm”, – Mandelson vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: