Britaniya səfiri Səbinə Əliyeva ilə görüşdü

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, səfir bununla bağlı tviterdə paylaşım edib.

“Ombudsman Səbinə Əliyeva ilə görüşüb, qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdik. Görüşdə həmçinin gələcək əməkdaşlıq perspektivlərindən də, danışmaq imkanımız oldu”, – səfir deyib.