Britaniya səfiri müəllimlərlə görüşdü – FOTOLAR

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old azərbaycanlı müəllimlərlə görüşüb.

Globalinfo.az bildirir ki, bunu diplomat tviterdə yazıb.

“Yaxşı tədris yaxşı cəmiyyətin təməlidir. Bizim bütün həyatımız müəllimlərimiz tərəfindən formalaşır. Yaxşı müəllimləri biz heç vaxt unutmuruq”, – o bildirib.