Britaniya səfiri Gəncə terroru ilə bağlı paylaşım etdi

“Bu gün 44 günlük müharibə zamanı Gəncənin ilk raket hücumuna məruz qalmasından 2 il keçir”.

Globalinfo.az bildirir ki, “Report”un xəbərinə görə, bunu Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld tviterdə yazıb.

“Biz bu faciənin günahsız qurbanlarını dərin hüznlə anıb, onların yaxınlarına başsağlığı diləyirik”, – diplomat qeyd edib.