Britaniya Rusiya ilə 1,5 ildir gizli danışıqlar aparır

Britaniya rəsmiləri Kremlin əsas nümayəndələri ilə gizli diplomatik danışıqlar aparıblar.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın “İnyus) (İnews nəşri yazıb.

Bildirilib ki, görüşlərdə bu və ya digər şəkildə Ukraynadakı müharibə ilə bağlı məsələlər qaldırılıb.

Jurnalistlər son 18 ay ərzində Vyana və Nyu York kimi şəhərlərdə mütəmadi gizli görüşlərin keçirildiyini aşkara çıxarıblar.

Görüşlər həm Böyük Britaniyanın özünün təhlükəsizliyi, həm də ümumilikdə beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə etmək üçün təşkil edilib. Xüsusilə, bu danışıqlarda taxıl qıtlığı və nüvə təhlükəsizliyi məsələsi müzakirəyə çıxarılıb.

Bununla belə, bəzi görüşlərdə iştirak edən yüksək rütbəli britaniyalı diplomat nəşrə bildirib ki, Böyük Britaniya heç vaxt Ukraynadakı müharibəyə diplomatik yollarla son qoymaq üçün sülh danışıqlarına girməyə cəhd etməyib.