Britaniya parlamentində səfirliyimizə hücumdan danışıldı

 

Böyük Britaniya parlamentində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum müzakirə edilib.

Globalinfo.az bildirir ki, bu barədə APA-ya açıqlamasında Milli Məclisin Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov məlumat verib.

Müzakirələr zamanı Britaniya xarici işlər naziri Ceyms Kleverli deputat Bob Bləkmənin sualını cavablandırıb. Ceyms Kleverli hücumla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə başsağlığı verib.

O bildirib ki, bu yaxınlarda Böyük Britaniyanın İrandakı səfiri ilə səfirlik əməkdaşlarının təhlükəsizlik məsələsini müzakirə edib.