Britaniya kraliçası qocalıqdan vəfat etməyib – Əsl səbəb açıqlandı

Britaniya kraliçası II Elizabet həyatının son aylarında çoxsaylı mieloma ilə mübarizə aparıb.

Globalinfo.az bildirir ki, bu barədə yazıçı və kral ailəsinin dostu Giles Brandret yeni kitabında qeyd edib.

O bildirib ki, Britaniya kraliçası ömrünün son aylarında mieloma ilə mübarizə aparırıb.

Kitabda həmçinin qeyd edilib ki, kraliçanın yorğunluğu, arıqlaması və hərəkət problemləri məhz sümük iliyi xərçəngindən qaynaqlanıb.

Bundan əvvəl kraliçanın qocalıqdan vəfat etdiyi bildirilirdi.

Qeyd edək ki, Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet bu il sentyabrın 8-də 96 yaşında vəfat edib. Britaniya taxtının faktiki varisi şahzadə Çarlz onun ölümündən sonra yeni monarx olub. Sentyabrın 10-da Londondakı Müqəddəs Ceyms sarayında o, rəsmi olaraq Böyük Britaniya kralı elan edilib.