st

“Böyük Britaniya hökuməti Ukraynaya əlavə “Storm Shadow” qanadlı raketlərini təhvil verib”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi mənbələrə istinadən məlumat yayıb.

“Qeyri-müəyyən sayda raketlərin çatdırılması Kiyevi qış ayları öncəsi təchizatla təmin etmək məqsədi daşıyır”, – deyə bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp “Tomaqavk” raketlərini Ukraynaya ötürmək fikrində olmadığını bildirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: