britaniya

Britaniya ordusunun İrana ehtimal olunan hücumda İsrailə  dəstək verməsi istisna edilmir”

Globalinfo.az xəbər verir ki, bunu Britaniya Nazirlər Kabinetinin üzvü Piter Kayl deyib.

Onun sözlərinə görə, istənilən əməliyyat qərarı danışıqlar əsasında həllini olunacaq:

“Baş nazir və ölkə rəsmiləri son bir neçə gün ərzində ABŞ Prezidenti Co Bayden, Fransa Prezidenti Emmanuel Makron və Almaniyanın Kansleri Olaf Şults da daxil olmaqla, müttəfiqləri ilə danışıqlar aparıblar. İsrailin təmkin nümayiş etdirməsi ilə bağlı birgə tövsiyələr verilib”.

Kayl hər şeyə rəğmən İsrailin müstəqil dövlət olduğunu və Britaniya hökumətinin nə edəcəyi barədə Təl-Əvivə heç nə deyə bilməcəyini qeyd edib.

Paylaş: