Böyük Britaniya Yaxın Şərqdə davamlı atəşkəs əldə olunduqdan sonra Hörmüz boğazı vasitəsilə hərəkət edən gəmilərin müşayiəti üçün bölgəyə öz hərbi gəmilərindən birini göndərməyi planlaşdırır.
Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumata görə, Britaniya missiyasının tərkibinə raketlərin qarşısını almaq və hava hücumundan müdafiə üçün nəzərdə tutulan “Type 45” sinifli “HMS Dragon” esminesi daxil ola bilər.
Bildirilir ki, missiya müdafiə xarakterli olacaq və əsas məqsəd Hörmüz boğazından keçən kommersiya gəmilərinin təhlükəsizliyini təmin etməkdir.
Eyni zamanda, əməliyyatın yalnız bölgədə sabit atəşkəsin əldə olunması və ya sülh sazişinin imzalanmasından sonra başlayacağı qeyd olunur.
Əliyar Xəlil
Globalinfo.az