lon

Böyük Britaniya daha 10 Rusiya vətəndaşına qarşı sanksiyalar tətbiq edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin rəsmi saytında məlumat yayılıb.

Sanksiya siyahısına “Rybar” layihəsi kimi tanınan “Rybar LLC” media şirkətinin fəaliyyəti ilə əlaqəli şəxslər daxil edilib.

Britaniya hökuməti bu qərarı həmin şəxslərin Ukraynada vəziyyəti sabitliyi pozmaq, həmçinin ölkənin ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini zəiflətməyə yönəlmiş fəaliyyətlərdə iştirak etmələri ilə əsaslandırıb.

Qeyd edək ki, bundan əvvəl də Böyük Britaniya guya “Rusiya kimyəvi silahı” və “Noviçok” adlı zəhərləyici maddənin hazırlanmasında iştirak etdikləri iddiası ilə yeddi Rusiya vətəndaşını sanksiya siyahısına salmışdı.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: