Braziliyalı Ronaldo seçim etdi: “Ronaldo, yoxsa Messi?”

Braziliya millisinin və “Real Madrid”in sabiq hücumçusu Ronaldo “İnter Mayami”nin futbolçusu Lionel Messi ilə “Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo arasında seçim edib.

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, Ronaldo bu barədə “Youtube”da yayımlanan videoda münasibət bildirib. O, “Ronaldo, yoxsa Messi?” sualına “Messi” deyə cavab verib.

Xatırladaq ki, Lionel Messi karyerası ərzində səkkiz “Qızıl top” qazanıb və bu göstərici üzrə rekordçudur. Ronaldo da öz növbəsində 5 dəfə “Qızıl top”u qazanıb.

Ronaldo ikiqat dünya çempionu, ikiqat Amerika kubokunun qalibi, “Real Madrid”lə ikiqat İspaniya çempionu, ikiqat “Qızıl top”un qalibidir. Futbolçu 2011-ci ildə futboldan ayrılıb.