Braziliya Prezidenti Rusiyaya səfər edəcək

Screenshot 2025 03 24 003300

Braziliya Prezidenti Lula da Silva may ayında Rusiyaya səfər edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Braziliya Prezidentinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi Selso Amorim məlumat yayıb.

O, “Folha de S. Paulo” qəzetinə verdiyi müsahibədə Lula da Silvanın Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüş keçirəcəyini qeyd edib.

“Bu səfər iki ölkə arasında əlaqələrin gücləndirilməsi və gələcək əməkdaşlıq perspektivlərinin müzakirə edilməsi baxımından əhəmiyyətli olacaq”, – Amorim bildirib.

Aysel Əliyeva
Globalinfo.az