1705777856 mg 20240120 wa0068

“Qarabağ” klubu ciddi itki ilə üzləşib.

Globalinfo.az-ın Pressing.az-a istinadən məlumatına görə, Ağdam təmsilçisinin mərkəz yarımmüdafiəçisi Marko Yankoviç ağır xəsarət alıb.

Belə ki, 28 yaşlı futbolçunun qolu sınıb.

Monteneqrolu oyunçu fiziki travmanı məşq zamanı alıb.

Onun “köhlən atlar”ın UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Portuqaliya “Braqa”sı ilə oyuna qədər hazır olub-olmayacağı məlum deyil.

Xatırladaq ki, “Qarabağ”ın Portuqaliya təmsilçisi ilk matçı fevralın 16-da səfərdə keçiriləcək. Komandalar bir həftə sonra Bakıda üz-üzə gələcəklər.

1705777987 mg 20240120 wa0069

Paylaş: