BQXK-nın Xankəndi ofisi haqda rəsmi açıqlama

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Qarabağ bölgəsində fəaliyyətini yenidən qurur.

Globalinfo.az bildirir ki, bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

O bildirib ki, BQXK-nın həmin əraziləri əhatə edən fəaliyyəti Bərdə ofisindən idarə olunacaq:

“Ehtiyacı olan insanlara dəstəyimiz davam etdiriləcək”.

Qeyd edək ki, ötən gün sözügedən ofisin Bərdədə fəaliyyət göstərəcəyi barədə xəbər vermişdik.