rus kesiyyati 0

ABŞ Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının fəxri sədri sayılan Bidzina İvanişviliyə qarşı sanksiyalar hazırlayır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Amerikanın Səsi”  məlumat yayıb.

Bildirilir ki, qadağaların yaxın zamanda tətbiq olunması gözlənilir. İvanişviliyə qarşı hazırlanan sanskiyaların üzərində ABŞ Maliyyə Nazirliyi və Dövlət Departamentinin birgə çalışdığı vurğulanıb.

“Amerikanın Səsi”nə danışan ABŞ hökumətinin adının çəkilməsini istəməyən yüksək vəzifəli məmuru İvanişvili ilə bağlı hər şeyin hazır olduğunu bildirib:

“Bizdə məlumat var ki, İvanişvili Rusiya oliqarxları ilə münasibətlərin inkişafı üçün addımlar atıb, Rusiyaya Gürcüstanda daha yaxşı yer vermək üçün həmlə edib. Faktiki olaraq o, bu addımı Rusiya kəşfiyyatının tapşırığı kimi atıb”.

Qeyd edək ki, ABŞ bundan öncə 2 Gürcüstan rəsmisi və 2 siyasətçiyə sanksiya tətbiq edib. Həmçinin 60 gürcüstanlı və onların ailələrinə ABŞ vizasının almasının məhdudlaşdırılacağı vurğulanıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: