seva

ANS telekanalından “Böyük Seva” kimi tanınan jurnalist Sevda Həsənova müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq, Respublika Neyrocərrahiyyə Xəstəxanasından bildirilib.

“1970-ci il təvəllüdlü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən o, fevralın 17-də ambulator müalicə üçün evə buraxılıb. 55 yaşlı şəxs fevralın 2-də 12:10 radələrində RNX-yə hospitalizasiya olunub. Zəruri instrumental-diaqnostik müayinələrdən sonra fevralın 6-da pasiyent üzərində sağtərəfli akustik nevrinomanın xaric edilməsi əməliyyatı icra olunub və müalicəsi Baş-beyin neyrocərrahiyyəsi şöbəsində davam etdirilib”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, 55 yaşlı Sevda Həsənova 1994-cü ildən 2006-cı ilə qədər ANS-də çalışıb. Daha sonra faəliyyətini istipress.com saytında davam etdirib.

***13:23

Hər kəsin ANS telekanalından “Böyük Seva” kimi tanıdığı jurnalist Sevda Həsənova bu gün xəstəxanadan evə buraxılır.

Globalinfo.az bildirir ki, bu barədə o özü Oxu.Az-a açıqlamasında özü məlumat verib.

“Bu gün buraxırlar məni. İndi qardaşım sevinə-sevinə zəng etdi ki, Seva, gəlirik səni çıxarmağa. Allah bütün xəstələrə şəfa versin. Maraqlanan hər kəs sağ olsun”, – deyə S.Həsənova bildirib.

Xatırladaq ki, S.Həsənova fevralın 7-də Bakı Neyrocərrahiyyə Mərkəzində beyin əməliyyatı keçirib.

Paylaş: