Anons verildi: “Qısamüddətli müharibəyə hazırlaşırıq”

Ukrayna qısamüddətli müharibəyə və qələbəyə hazırlaşır.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

O, Kremlin heç vaxt ölkəsini işğal edə bilməyəcəyini deyib:

“Rusiyalılar hələ başa düşmürlər ki, biz indi bir il əvvəlkindən daha güclüyük. Onlar heç vaxt Ukraynanı tuta bilməyəcəklər. Biz qısamüddətli müharibəyə və qələbəyə hazırlaşırıq. Bu nə qədər tez başlasa, bir o qədər də az itki olacaq. 2014-cü ildə konflikt donduruldu, lakin bu, faydalı deyildi. Minsk razılaşması Putinə yenidən hücum etmək üçün hazırlaşmağa imkan verdi. Biz eyni tələyə düşməyəcəyik”, – o bildirib.

Qeyd edək ki, Ukrayna savaşının ildönümü yaxınlaşdıqca Kiyev ətrafında da situasiya gərginləşir. Xüsusilə baş verənlərin fonunda Moskvanın genişmiqyaslı hücum ehtimalı artır. Rusiya Prezidenti Vladimir Putinin sabah Federal Məclisə müraciəti gözlənilir. Məhz bu müraciətin savaşda yeni dönəm başladacağı təxmin edilir. Üstəlik, rusiyalı ekspertlər Kremlin sabah hərbi vəziyyət elan edəcəyini də istisna etmirlər. ABŞ isə Moskvanın genişmiqyaslı hücumunun qarşısını almaq üçün maksimum səy göstərir.

İlkin Həsənov
Globalinfo.az