“Böyük dəbilqə”: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Balabəy Ağayev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb.

Globalinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız üçüncü yer uğrunda görüşdə gürcüstanlı Giorgi Sardalaşviliyə qalib gəlib.

Bununla da Azərbaycan millisi turnirdə ilk medalını qazanıb.

Yığmanın digər üzvləri Ruslan Paşayev və Rəşad Yelkiyev (hər ikisi 66 kiloqram) də bu gün bürünc mükafat uğrunda yarışacaqlar.

Qeyd edək ki, Azərbaycan millisi yarışda 9 çəki dərəsində 11 kişi və 4 qadın cüdoçu ilə təmsil olunur.