
Son 100 ilin ən böyük almazı Botsvanada tapılıb, çəkisi 2 492 karatdır.
Globalinfo.az oxu.az-a istinadən bildirir ki, yumruq boyda cəvahir ölkə Prezidenti Mokvetsi Masisiyə göstərilib.
“Bu, adamın ağlını qarışdırır. Mən bunu öz zamanımda gördüyümə görə çox şanslıyam”, – deyə Masisi bildirib.
O, almazla yaxından tanış olmaq üçün yüksəkvəzifəli dövlət məmurlarını çağırmazdan əvvəl dərindən köks ötürərək heyrətlənib. Onlar qeyd ediblər ki, daşı qiymətləndirmək və ya onu necə satmaq barədə qərar vermək hələ tezdir. Bu, 119 ildə tapılan ən böyük almazdır.