Paris-2024: Boksçumuz gümüş medal qazandı

Azərbaycan boksçusu Alfonso Dominqes Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında final matçını keçirib.

Globalinfo.az xəbər verir ki, 92 kq çəki dərəcəsində yarışan təmsilçimiz qazaxıstanlı Lazizbek Mullojonovla qarşılaşıb.

Görüş Qazaxıstan boksçusunun 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, A.Dominqes gümüş medalla kifayətlənməli olub.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kq) gümüş mükafat qazanıb. Yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) bürünc medala sahib çıxıb.

***

Azərbaycan boksçusu Alfonso Dominges (92 kq) bu gecə Paris-2024 Yay Olimpiya Oyunlarında final döyüşünə çıxacaq.

Globalinfo.az xəbər verir ki, dünya çempionu (2021-ci il) və dünya çempionatının (2023) gümüş mükafatçısı olan idmançı həlledici gürüşdə özbəkistanlı Lazizbek Mullojonovla üz-üzə gələcək.

Döyüşün bu gecə Bakı vaxtı ilə saat 00:34-də başlaması nəzərdə tutulub.