Boşanmalar artır: Əsas səbəblər nələrdir? – VİDEO

Azərbaycanda bu ilin ilk ayında 1700-dən çox nikah pozulub. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin müvafiq ayı ilə müqayisədə qurulan ailələrin sayı azalıb, boşanmaların sayı isə çoxalıb.

Bəs bu tendensiyanın əsas səbəbəri nələrdir?

Globalinfo.az xəbər verir ki, vəkil-mediator Qasım Şaliyevin sözlərinə görə, işləri təhlil edəndə tərəflərin dünyaya baxış tərzlərinin fərqli olduğu, psixoloji uyğunsuzluqların olduğu üzə çıxır:

“Tərəflər nikahdan əvvəl bir-birilərinə düzgün məlumat vermirlər. Nəticədə nikahdan sonra acı reallıqla qarşılaşırlar. Bu da nikahın pozulmasına səbəb olur”.

Daha ətraflı İTV-nin süjetində: