Borrell “Dəmir Qübbə”dən danışdı: “Ola bilməz!”

“Qərb Ukraynada “Dəmir Qübbə”yə bənzər hava hücumundan müdafiə sistemi yarada bilməz”.

Globalinfo.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell deyib.

“Siz başa düşməlisiniz ki, “Dəmir günbəz” sistemi onilliklər ərzində yaradılıb. Odur ki, belə bir sistem yaratmaq üçün resurslarımız olsa belə, bunu qısa müddətdə həyata keçirmək mümkün deyil”.

Onun sözlərinə görə, ABŞ və Böyük Britaniya İsraildən nümunə götürərək Ukraynada raket hücumlarının dəf edilməsi prosesində iştirak edə bilməz. Çünki Ukraynada təhdid ediləcək Amerika və Britaniya hərbi bazaları yoxdur. ABŞ və Böyük Britaniya Yaxın Şərqdə olduğu kimi Ukraynada raketləri vura bilməz”, – Borrell vurğulayıb.

Borrell həmçinin xatırladıb ki, Kiyevə hava hücumundan müdafiə sistemlərinin tədarükü mövzusu Aİ xarici işlər və müdafiə nazirlərinin aprelin 22-də Brüsseldə keçiriləcək görüşünün gündəliyindədir.

Əliyar Xəlil
Globalinfo.az