Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynaya səfər edib.
Globalinfo.az xəbər verir ki, alman nazirin səfəri gözlənilməz olub.
Məlumata görə, o, səfər çərçivəsində cəbhədəki son vəziyyəti öyrənərək, həmçinin hava hücumundan müdafiə sistemlərinin işini nəzərdən keçirəcək.
Eyni zamanda Ukraynaya gələcək yardımların da müzakirə ediləcəyi bildirilir.
Qeyd edək ki, bu B.Pistoriusun son 6 ayda Kiyevə ikinci səfəridir.
Əliyar Xəlil
Globalinfo.az