Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borel Azərbaycan ilə Ermənistan arasında əldə olunmuş razılığı “mühüm siyasi addım” adlandırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə AB-nin baş diplomatı sosial şəbəkədə yazıb.
“AB Ermənistan və Azərbaycanın saxlanılanların qarşılıqlı azadlığa buraxılması və digər etimad tədbirlərinin elan edilməsi ilə bağlı birgə açıqlamasını alqışlayır – bu, mühüm siyasi addımdır. Regionda sülh üçün tarixi şansın olması barədə həmfikirik və bu səyləri dəstəkləməkdə qərarlıyıq”, – o qeyd edib.