Borrelin Mirzoyana sərhəddəki olayla bağlı sualı maraq doğurdu – VİDEO

Fevralın 13-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının xarici işlər üzrə ali nümayəndəsi Josep Borrellə görüşüb. 

Globalinfo.az xəbər verir ki, Avropa İttifaqı-Ermənistan Tərəfdaşlıq Şurasının sessiyası çərçivəsində keçirilən görüşdə Borrelin Mirzoyana ilk sualı maraqla qarşılanıb.

Aİ rəsmisi Ermənistan XİN başçısı ilə salamlaşan zaman sərhəddə baş verən insidenti nəzərdə tutaraq “Təəssüf ki, yenə problemimiz var, hə?” sualını ünvanlayıb. Mirzoyan da “Təəssüf ki, bəli” cavabını verib.

Daha sonra tərəflər Azərbaycan-Ermənistan şərti sərhədində yerləşən Nerkin-And istiqamətindən baş verən silahlı qarşıdurmanı müzakirə ediblər.

Ayşən Mustafa
Globalinfo.az