Bolqarıstanda film kimi hadisə: 6 milyon dollarlıq qızılı Türkiyəyə keçirmək istədilər

Bolqarıstandan Türkiyəyə qaçaq yolla aparılan 125 kiloqram qızıl müsadirə edilib.

Globalinfo.az xəbər verir ki, Bolqarıstan hüquq-mühafizə orqanları ölkənin Kapitan Andreevo keçid məntəqəsindən qaçaqmalçılıq yolu ilə keçirilən 124,708 kq qızıl-zinət əşyalarını müsadirə edib.

Bolqarıstanın Milli Gömrük Agentliyi (NCA) bunun Bolqarıstan sərhədlərində ələ keçirilən ən böyük qızıl kütləsi olduğunu açıqlayıb. Belə ki, qaçaqmalın qiyməti 6 milyon ABŞ dolları dəyərləndirilib.

Qızıl əşyalar nəzarət-buraxılış məntəqəsinə gələn Bolqarıstan qeydiyyatlı avtomobildə tapılıb. Maşın Bolqarıstandan Türkiyəyə keçmək istəyib.

Məlumata görə, sürücü və onun yoldaşı (biri Bolqarıstan vətəndaşı, digəri isə Bolqarıstan və Türkiyə vətəndaşı) maşında hər hansı dəyərli əşyanın olmadığını bildirib. Lakin 13 saatdan çox davam edən hərtərəfli yoxlama zamanı avtomobilin müxtəlif yerlərində gizlədilmiş qızıl külçələr, zinət əşyaları və sikkələr aşkar edilib.

Elbəyi Həsənli, Sürix