Ötən gün Ağsu rayonunun Ərəbmehdibəyli, Cəlilabadın Alar, Sabirabadın Nərimankənd və Saatlının Qaracalar kəndlərinin ərazilərində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Globalinfo.az-a bildirilib ki, araşdırmalar nəticəsində yanğının həmin rayonların sakinləri – H. Məmmədov, F. Fərəcov, M. Əzizov, S. Şahəliyev və R. Mecdinov tərəfindən törədildiyi məlum olub.
Yanğın hadisələri nəticəsində ümumilikdə 2 hektara yaxın sahədə biçilmiş əkin sahəsi və kol-kos yanıb.
Həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.