Bölgədə yeni gərginlik gözlənilir: Hədəf İrandır

İran Prezidenti İbrahim Rəisi Kirman şəhərində törədilən hücumda həlak olan 89 nəfərin dəfn mərasimində çıxışı zamanı deyib ki, törədilən terror aktlarının qisasının alınma vaxtını və yerini İran Silahlı Qüvvələrinin təyin edəcək.

Maraqlıdır, Kirmanda törədilən tərrorun səbəbi nədir? İranın münaqişə çağırışları yeni gərginlikdən xəbər verir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov qeyd edib ki, Yaxın Şərqdəki müharibənin davam etdiyi və İsrailin Ərəb dünyası ilə münasibətlərinin kəskinləşdiyi bir vaxtda terror aktının törədilməsi təsadüfi deyildi:

Kənan Novruzov

“Bunun arxasında konkret hədəflər var.Bu güclər İranı İsrail ilə üz-üzə qoymaq istəyir. Şübhəsiz ki, İrandakı terror aktında da ağıla ilk gələn İsraildir. Görünür növbəti hədəf İrandır və İsrail Ərəb dünyasına müharibə elan edib. Bu versiyanın reallıqdan kənar olduğunu düşünürəm. Birincisi İsrail heç vaxt terror aktı törətməyib. O adətən konkret hücumlar edir. İkincisi İsrail və İran arasında münasibətləri gərginləşdirməkdə maraqlı olan qüvvələr var. Onlar arasında ABŞ-ın olması da istisna deyil. Lakin o daha çox İran daxilində gərginliyin olmasında maraqlıdır.

İran prezidentinin qisas xarakterli çağırışları da onu deməyə əsas verir ki, bölgədə yeni gərginlik gözləniləndir “.

Safura Bənnayeva
Globalinfo.az