5393273885261764653

ABŞ-ın İranla artan gərginlik fonunda İsrailə onlarla hərbi tanker təyyarəsi yerləşdirdiyi bildirilir.

Globalinfo.az xəbər verir ki, məlumata görə, bu addım bölgədə mümkün hərbi əməliyyatlar zamanı döyüş təyyarələrinin havada yanacaqla təmin edilməsini gücləndirmək məqsədi daşıyır.

Hələlik ABŞ Müdafiə Nazirliyi (Pentaqon) və İsrail rəsmiləri məlumatla bağlı rəsmi açıqlama verməyiblər.

Tahir Turan
Globalinfo.az

Paylaş: