qeza bmv

Ötən axşam Xaçmaz rayonunda ağır yol qəzası baş verib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “BMW” markalı minik avtomobili Ağçayın üzərindəki körpüdən aşaraq dərəyə düşüb.

Avtomobilin sürücüsü Vüsal Bayramov, sərnişinlər Samir Mənsumov və Anar Məmmədov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

thumbnail IMG 20241106 WA0006
thumbnail IMG 20241106 WA0004
thumbnail IMG 20241106 WA0003

Paylaş: