BMV dərəyə aşdı: yaralılar var

Mingəçevirdə minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində ər və həyat yoldaşı xəsarət alıb.

Globalinfo.az-ın Report-a istinadən məlumatına görə, BMV markalı avtomobil idarəetmədən çıxaraq dərəyə yuvarlanıb.

Hadisə nəticəsində avtomobildə sərnişin qismində olan 1999-cu il təvəllüdlü R.Əsgərov və həyat yoldaşı 2000-ci il təvəllüdlü Ş.Əhmədova xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.