qəzzaac

Təxminən 345 min Qəzza sakini bu qış fəlakətli aclıqla üzləşəcək.

Globalinfo.az xəbər verir ki. bu barədə BMT-ni bəyanatında deyilir.

Bildirilir ki, buna səbəb davam edən qıtlıq və  humanitar yardımların azalmasıdır.

Hazırda fəlakətli qida təhlükəsizliyi ilə üzləşənlərin sayı 133 mindən çoxdur.

Hesabata görə, bu yay humanitar yardımın artması qəzzalılara bir qədər rahatlıq gətirib.

Bununla belə, sentyabr ayında Qəzzaya ən aşağı səviyyədə ticarət və humanitar ləvazimatlar daxil olub.

Ona görə də, aclıqla üzləşən insanların sayının əhalinin 16 faizini təşkil edəcəyi və 345 min nəfərə çatacağı proqnozlaşdırılır.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: