BMT Təhlükəsizlik Şurası Ukraynaya görə toplanır.
Globalinfo.az xəbər verir ki, bu məlumat BMT-nin yenilənmiş iş proqramında öz əksini tapıb.
Proqramda qeyd olunub ki, avqustun 29-da BMT TŞ-nin Ukrayna üzrə fövqəladə iclası keçiriləcək.
Xatırladaq ki, Rusiyanın Kiyevdəki diplomatik obyektlərə zərbələrindən sonra Ukrayna BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb etmişdi.