BMT Təhlükəsizlik Şurasına sədrlik dəyişdi

BMT Təhlükəsizlik Şurasına (TŞ) sədrlik Rusiyadan İsveçrəyə keçib.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, İsveçrənin BMT-dəki daimi nümayəndəsi Paskal Berisvil təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahında jurnalistlərin suallarını cavablandırıb və may ayı ərzində gündəmdə olacaq əsas müzakirə mövzularını açıqlayıb.

Səfir qeyd edib ki, may ayı ərzində TŞ-də Suriya ilə bağlı müntəzəm görüşlər keçirəcək, Sudan böhranı, Əfqanıstanda cərayan edən hadisələrin müzakirəsi prioritet olacaq.

O, Ukraynadakı vəziyyətlə bağlı xüsusi müzakirələrin gözlənilmədiyini bildirib.

Diplomat ay ərzində TŞ-yə üzv ölkələrin müraciətləri ilə münaqişəli bölgələrlə bağlı fövqəladə iclasların da keçirilə biləcəyini vurğulayıb.