BMT Təhlükəsizlik Şurasına (TŞ) sədrlik sentyabr ayı üzrə Koreya Respublikasına keçib.
Globalinfo.az xəbər verir ki, bunu ölkənin BMT-dəki müvəqqəti işlər vəkili səfir Sanqjin Kim deyib.
Diplomat bildirib ki, Koreya üçün sədrlik böyük şərəfdir və ölkə beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına fəal töhfə verməyə davam edəcək:
“Dünyada yeganə bölünmüş ölkə kimi biz sülhün əsl dəyərini hamıdan yaxşı anlayırıq. Sentyabr ayında Təhlükəsizlik Şurasına sədrlik etmək bizim üçün xüsusi məsuliyyətdir və bütün üzvlərlə birgə səmərəli işləməyə hazırıq”.
Onun sözlərinə görə, ay ərzində şura bir sıra mühüm məsələləri – süni intellektin beynəlxalq təhlükəsizliyə təsiri, Yaxın Şərqdə vəziyyət, Sudan və Haiti ilə bağlı sənədlər, habelə BMT-nin sülhməramlı əməliyyatlarının gələcək fəaliyyəti kimi məsələləri müzakirə edəcək.